Tovuz rayonunda polis əməkdaşı qəzaya düşüb.

AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, hadisə şəhər ərazisində baş verib.

Belə ki, “Mercedes” markalı avtomobil hərəkətdə olan zaman digər bir avtomobillə toqquşub, hadisə nəticəsində iki nəfər xəsarət alıb, onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəsarət alanlar Azər Dostuyev və Əli Tağıyev olub.

Qeyd edək ki, xəsarət alan A.Dostuyev polis əməkdaşıdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.