Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az ARB TV-ə istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunun Lənkəranın Qurunba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ-2106” və “QAZ-24” markalı avtomobillərin toqquşması nəticəsində Lənkəranın Narbağı kənd sakini Qızılgül Ayaz qızı Məmmədova hadisə yerində ölüb. Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Hadisə zamanı xəsarət alan Gülşən Şirinova adlı sərnişin isə ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu deyilir.

Fakt araşdırılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.