Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin qərb çıxışında qeydə alınıb.

Hərəkətdə olan iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər Şəmkir rayon sakinləri, 1993-cü il təvəllüdlü Mirməmmədov Rəşad, 1988-ci il təvəllüdlü Cəfərzadə Vaqif və 1993-cü il təvəllüdlü Hüseynov Natiq müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.