Bakıda avtomobil 65-70 yaşlı kişini vurub.

“Report”un məlumatına görə, hadisə Suraxanı rayonunda baş verib.

Belə ki, Günəşli qəsəbəsi, “V” yaşayış massivində sürücüsü hələlik müəyyənləşdirilməmiş avtomobil naməlum piyadanı vurub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib. Qeyd edək ki, zərərçəkən hadisə zamanı tanınmaz hala düşüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.