Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, hadisə Kələk kəndində baş verib.

Belə ki, kənddə “VAZ-21011” markalı avtomobillə “VAZ-2106” markalı maşın toqquşub. Hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb. Yaralılar – Gülnar Əmrahova və onun azyaşlı övladı, habelə Əmrahova Başxanım və avtomobillərdən birinin sürücüsüdür. Qəza zamanı digər avtomobilin sürücüsü də xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.