Goranboyda yol qəzası baş verib.

 

AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonunun Qızılhacılı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 1-i qadın, 2-i kişi olmaqla, 3 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.