Bu gün axşam saatlarında Siyəzəndə yol nəqliyyat hadisəsi qeydə alınıb.AvtoReyd.Az xəbər verir ki, motosikletlə minik maşınının toqquşması nəticəsində motosikletin sürücüsü 1983-cü il təvəllüdlü Siyəzən rayon sakini Əmirov Elçin Əmirağa oğlu xəsarət alıb. Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən E.Əmirova kəllə bəyin travması qoyulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
APA.
