Qazax rayonunda zəncirvari qəza baş verib.

AvtoReyd.Az “Report”a istinadən məlumatına görə, hadisə Qazax-Kosalar avtomobil yolunda qeydə alınıb.

Belə ki, 70 yaşlı Kosalar kənd sakini İsmayıl Əliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə “Opel” markalı maşına, daha sonra yol kənarında dayanan “Vito” markalı avtomobilə çırpılıb. Nəticədə VAZ-ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarəti alıb.

“Opel” markalı maşının sürücüsü, 1989-cu il təvəllüdlü Tural Fəxrəddin oğlu Nəsibov isə yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.