Qusarda yanacaqdoldurma məntəqəsində yanğın hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, “Pioner” adı ilə tanınan məntəqədə yanğın benzindoldurma kamerasından başlayıb.

Alışma zamanı orda olan işçilər dərhal yanacaqdoldurma məntəqəsini tərk etdiklərindən xəsarət alan olmayıb.

Yanacaqdoldurma məntəqəsinin sahibi hadisənin nədən baş verdiyini bilmir. Yanğın yerinə FHN-in Qusar Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Fakt araşdırılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.