Bakıda avtomobil velosipedçini vurub. AvtoReyd.Az APA-ya istinadən xəbərinə görə, hadisə aeroport yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Velosipedçi 54 yaşlı Nurməmmədov Mehman Ağakişi oğlu “Hyundai” markalı avtomobil tərəfindən vurulub. Avtomobilin sürücüsü xəsarət alan şəxsi dərhal 3 saylı şəhər xəstəxanasına çatdırıb.  Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.