Cəlilabad rayonunda yol qəzası baş verib.
AvtoReyd.Az “Report”a istinadən məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində, Cəlilabad Rayon Müalicə Diaqnostika Mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, minik avtomobili at arabasına çırpılıb. Nəticədə at arabasında olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
