Bakının Səbail rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Salyan şossesində yolu keçmək istəyən təxminən 35-40 yaşlı qadını avtomobil vurub.

O, hadisə yerində ölüb. Zərbədən sonra qadın tanınmaz hala düşüb. Onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin əməkdaşları sürücünü məsuliyyətə cəlb edib.

“Report”

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.