Salyanda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında Ələt-Astara magistral yolunun şəhərin ərazisindən keçən hissəsində “Ay işığı” ticarət obyektinin qarşısında qeydə alıınıb.

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 3 nəfər yaralanıb. Yaralılar Salyan Rayon  Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.