Dünən axşam saatlarında paytaxtın “Şamaxinka” deyilən ərazisində yük avtomobili yanıb.
Hadisə tuneldə baş verib. Yanğın avtomobilin mühərrik hissəsində başlayıb və qısa müddətdə bütün kabinəni əhatə edib. Sürücü dərhal maşından uzaqlaşdığından xəsarət almayıb. Güclü alova yanğınsöndürənlər müdaxilə ediblər və qısa müddətdə yanğının qarşısı alınıb.
Hadisə günün pik saatında baş verdiyindən yolda böyük tıxac yaranıb. Avtomobilin yük hissəsi isə boşub.
Görüntünü “Xəzər Xəbər”in votsap nömrəsinə hadisə şahidləri çəkib göndəriblər.
