Şamaxı rayonunun Avtovağzal adlanan ərazisində yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, adı hələ ki, məlum olmayan Babayev soyadlı Şamaxı şəhər sakininin idarə etdiyi “99-KU-151” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil bir anda yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişinlər – 1993-cü il təvəllüdlü Şamaxı şəhər sakini Babayev Eləşən Rahib oğlu, onun həmyaşıdı Cəbrayılov Uğur Məsud oğlu müxtəlif bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onların vəziyyəti kafidir.

Qəzaya səbəb olan sürürcü polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az 

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.