Azərbaycanın bölgələrində güclü zəlzələ baş verib.

“Report”un yerli bürolarının məlumatına görə, yeraltı təkanlar Mingəçevir, Gəncə, Yevlax, Bərdə, Şəki, Qax, Zaqatala, Balakən və Lənkəran rayonları da daxil olmaqla respublikanın Qərb, Şimal-qərb və Cənub zonalarında hiss olunub.

İlkin ehtimala görə, zəlzələnin gücü 4-5 bal olub və təxminən 35-40 saniyə davam edib.

Qeyri-rəsmi məlumatlara görə, zəlzələ 4,9 maqnituda gücündə olub və onun mərkəzi Bərdədə, yerin 60 km dərinliyində qeydə alınıb.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.