Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ötən gecə Bərdə şəhərinin Bakı prospektində 1986-cı il təvəllüdlü Cəfərov Malik Baloğlan oğlunun idarə etdiyi, 02 BR 258 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobillə 1967-ci il təvəllüdlü Əliyev Zakir Rasim oğlu və onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Əliyeva Zülfiyyə Məhəmməd qızı vurulub.

Piyadaların ikisi də hadisə yerində ölüb. Sürücü saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

/APA

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.