Gecə saatlarında Bakının Yasamal rayonunda daha bir yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, “Nissan” markalı avtomobilin sürücüsü Şıxəli Qurbanov küçəsi ilə “Beşmərtəbə dairəsi” istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib.

Nəticədə maşın əks istiqamətə çıxaraq yol kənarında dayanmış “Mercedes” markalı avtomobilə dəyib. Zərbənin təsirindən avtomobillər ziyan görsə də, xəsarət alan olmayıb.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.