Bu gün Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində “Opel” markalı avtomobil mişar daşı yüklənmiş yük avtomobilinə arxadan çırpılması nəticəsində bir ailənin üzvləri olan  4 nəfərin xəsarət aldığı məlum olub.

APA-nın  verdiyi məlumata görə, qəza nəticəsində sürücü, 1991-ci il təvəllüdlü Vüqar Məmmədov, sərnişinlər –1993-cü il təvəllüdlü Fuad Məmmədov, 1991-ci il təvəllüdlü Lamiyə Məmmədova və 1993-cü il təvəllüdlü Vəfa Məmmədova xəsarət alıblar.

V. Məmmədov,  V. Məmmədova və L. Məmmədova Şirvan şəhər Xəstəxanasına yerləşdirilib. L. Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir. V. Məmmədov isə Bakıdakı xəstəxanalardan birinə aparılıb.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.