Bakıda ahıl qadını sərnişin avtobusu vuraraq öldürüb

AvtoReyd.Az “Report” xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yasamal rayonunda baş verib.

Belə ki, “Şamaxinka” kimi tanınan ərazidə piyada zolağından keçmək istəyən 1963-cü il təvəllüdlü Paşayeva Şahzadə Qoçu qızını dayanacağa daxil olan 65 nömrəli sərnişin avtobusu vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb. Sürücü saxlanılıb.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.