Qadın qucağındakı uşaqla məktəb avtobusunun altında qalıb.

Hadisə Türkiyədə baş verib.

İstanbulun Əsənyurt mahalında yolda qucağında uşaqla dayanan qadın geriyə hərəkət edən avtomobilin altında qalıb.

Hadisə təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb. Qadının köməyinə ətrafdakı mağaza sahibləri çatıb. Onlar ifadələrində qəfildən qadının qışqırığını eşitdiklərini deyiblər. Vaxt itirmədən əvvəl qadının qucağındakı uşağı alıb, sonra isə qadını maşının altından çıxarıblar.

Əraziyə gələn təcili yardım vasitəsilə ana və uşağı xəstəxanaya aparılıb.

Publika.az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.