Göyçay rayonunda yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən məlumatına görə, hadisə Göyçay-Bərgüşad avtomobil yolunun 5-ci kilometrliyində qeydə alınıb.

Belə ki, Göyçay rayonunun Kürdəmiş kənd sakini, 1991-ci il təvəllüdlü Ramal Ramiz oğlu Həşimov idarə etdiyi “VAZ-2106” markalı avtomobili ilə hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən Ulaşlı-Şıxlı kənd sakini Emil Zakir oğlu Abışovun idarə etdiyi “VAZ-2107” markalı maşın tərəfindən vurulub. Nəticədə “VAZ-2106″nın sərnişi, Oğuz rayonunun Qumlax kənd sakini, 1988-ci il təvəllüdlü Hümbət Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.