Tunisin şimal-qərbində yerləşən Beca əyalətində turist avtobusunun uçurumdan aşağı düşməsi nəticəsində azı 50 nəfər xəsarət alıb.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, qəza zamanı ölən olmayıb və yaralılardan 10-nun vəziyyəti ağırdır.

İçərisində 56 sərnişinin olduğu nəqliyyat vasitəsi Amdum rayonundan Ayn Drahma gedirmiş. Naməlum səbəblərdən avtobus yoldan çıxıb və təqribən 50 metr yüksəklikdən uçuruma yuvarlanıb.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.