Sumqayıtda yol nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az ARB TV
-ə istinadən xəbər verir ki, q
əza, Bakı-Quba yolunun Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

“Kamaz” markalı yük maşını magistrala çıxan inəyi vurub, bu zaman arxadan gələn “Mersedes” markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə 3 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəsədləri və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Fakt araşdırılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.