Xırdalanda 17 mərtəbəli binada başlayan yanğın söndürülüb.
Qaynarinfo-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğınsöndürənlərin hadisə yerinə gəlişindən qısa zaman sonra yanğın nəzarət altına alınıb. 25 nəfər təxliyə olunub.
FHN-nin briqada rəisi, polkovnik-leytenant Səbuhi Hüseynov bildirib ki, hadisə zamanı xəsarət alan yoxdur.
Təxliyə olunan sakinlərə təcili yardım briqadası ilkin yardım göstərir.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.