Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Yasamal rayonunda, keçmiş “Qəbələ” dairəsi adlanan ərazidə baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Mirzəyev Valeh Famil oğlunu “Qazel” markalı yük avtomobili vurub. Nəticədə o, xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinə məlumat verilib.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.