Bakıda ahıl kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Zabrat qəsəbəsində yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Mehbalıyev Qələndər Mahmud oğlunu “Mercedes” markalı minik avtomobili vurub.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.