Yolların buz bağlaması Biləsuvarda yol qəzasına şərait yaradıb. AvtoReyd.Az APA TV-ə istinadən xəbər verir ki, hadisə rayonun girişində qeydə alınıb.
Avtoqəza zamanı “Hyundai” və “Great Wall” markalı avtomobillər toqquşub. Nəticədə 4 nəfər xəsarət alıb. İki nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib. Digər yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qəzaya səbəb kimi yolların buz bağlaması göstərilib.
Faktla bağlı araşdırma aparılır.
http://www.youtube.com/watch?v=5QMJNoO5i8Y
