Qazaxıstanın Aktobe vilayətində avtobusun yanması nəticəsində 52 nəfər ölüb.

AvtoReyd.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, Qazaxıstanın Fövqəladə Hallar Komitəsinin nümayəndəsi Ruslan İmankulov “İkarus” markalı avtobusun yandığını bildirib.

Onun sözlərinə görə, avtobusun salonunda 55 sərnişin və 2 sürücü olub. Onlardan yalnız 5-i sağ qalıb. Qalan 52 nəfər isə yanaraq ölüb.

Hazırda avtobusdan çıxmağı bacaran 5 nəfərə tibbi yardım göstərilir.

Aktyubinsk vilayətinin Fövqəladə Hallar Departamentində Əməliyyat Qərargahı yaradılıb.

İlkin məlumata görə, avtobusdakı sərnişinlərin hamısı Özbəkistan vətəndaşları olub.

http://www.youtube.com/watch?v=ci0i5uWl84o

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.