AvtoReyd.Az xarici KİV-ə istinadən məlumat verir ki,Almaniyada, Bavariyada avtomagistralda 17 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəzada 18 nəfər zərər çəkib, onlardan 3-ü ciddi xəsarət alıb. Alman polisindən bildiriblər ki, qəzaya səbəb, nəqliyyat vasitələrinin arasında olan təhlükəsizlik məqsədi ilə nəzərdə tutulan ara məsafəsinin saxlanılmaması ola bilər. Bu genişmiqyaslı yol-nəqliyyat hadisəsinin ümumi ziyanı 150 min avrodan çox qiymətləndirilir. Təcili xidmət əməkdaşları hadisə ilə əlaqədar yolu bağladığından, 7 kilometrə qədər uzunluğunda tıxac yaranıb.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.