Avtoreyd.az bildirir ki, sökülməsi nəzərdə tutulan amerikan qarajında əsl xəzinə aşkar olunub. Məlum olub ki, orada ümumi dəyəri 4 milyon dollardan çox olan, 25 il boyunca toxunulmamış qalan ən nadir retro-avtomobilər var.

Kolleksiyaya 1967-ci il istehsalı olan Ferrari 275 GTB və 1966-cı il buraxılışı olan Shelby Cobra daxildir.

Bundan başqa,qarajda toz altında 1976-cı il istehsalı olan Triumph TR6 və 1978-ci ildə buraxılan Morgan 8, həmçinin BMW 325 ix E30 sedanı yatır. Maraqlıdır ki, bütün maşınların çox az yürüşü var. Məsələn, Ferrari 275 sportkar cəmi 21 min kilometr yürüş edib.

Kolleksiyanın tarixi bir az qəribə görünə bilər. Bütün avtomobillər ötən əsrin 80-ci illərində alınıb və sahibi onlara qulluq edilməsini yeganə mexanikə etibar edib. Həmin şəxs dünyasını dəyişdikdən sonra isə onu əvəzedən tapılmayıb. Sahibi tədricən avtomobillərdən daha az istifadə etməyə başlayıb və  sonra onları tamamilə unudub.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.