Avtoreyd.az bildirir ki, ABŞ-ın Müdafiə Nazirliyi düşmənin sualtı gəmilərinin aşkar olunması və təqib edilməsi üçün nəzərdə tutulan və tamamilə muxtar şəkildə fəaliyyət göstərən, suüstü robotu təqdim edib.

Perspektivli müdafiə araşdırmaları agentliyi (DARPA) layihəsi üzrə planlaşdırılan bütün sınaqları yekunlaşdırdıqdan sonra robotu, ABŞ-ın Hərbi-Dəniz Qüvvələrlərinin elmi-tədqiqat idarəsinə təhvil verib. İdarə də aparatı bir sıra sınaqlardan keçirəcək. Onların tamamlanması və robotun istifadəyə qəbul edilməsi isə 2018-ci ilin sonuna planlaşdırılır.

Sea Hunter adını almış yeni robotun ilk nümunəsinin sınaqlarına 2016-cı ildən başlanıb.

“Sea Hunter”in əsas vəzifəsi sakit dizel-elektrik sualtı gəmilərin aşkar olunması və təqib edilməsidir. Bundan başqa, robotdan ərzağın daşınması və dəniz minalarının axtarışı üçün də istifadə ediləcək.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.