Avtoreyd.az bildirir ki, BƏƏ-də, Ras-əl-Xaymda dünyada sürətli eniş üçün nəzərdə tutulan ən uzun kanat yolu açılıb. 2,8 kilometrlik yolda, saatda 150 kilometrə qədər sürət artırmaq mümkündür. Attraksion Ginnesin rekordları kitabına düşüb.
Attraksionun ən yüksək nöqtəsi, dəniz səviyyəsindən 1,7 kilometr hündürlükdə, Cəbəl Cais dağında yerləşir. Yolun uzunluğu 28 futbol meydançasının uzunluğuna bərabərdir. Yeni kanat yolu, bir zamanlar dünyada ən uzun hesab edilən, Puerto-Rikodakı sürətli enişi üçün nəzərdə tutulan kanat yolundan 600 metr uzundur.
Kanat yolu gündə 250 nəfər qəbul edə bilər. Bir enişin qiyməti isə təxminən 178 dollardır.
