Rusiyanın paytaxtı Moskva şəhərində “Çe” kanalının aparıcısı Vlad Çijov hücuma məruz qalıb. Tanınmış aparıcı axşam saatlarında avtomobili ilə hərəkət edərkən naməlum şəxslər onun qarşısını kəsib.

Avtomobilindən düşən Vlad Çijov ona hücum edən şəxslərdən biri ilə əlbəyaxa davaya daxil olub. Daha sonra iki nəfərin müdaxiləsi nəticəsində aparıcı vəhşicəsinə döyülüb. Bundan əlavə onun idarə etdiyi avtomobilin şüşələri də sındırılıb.

Qeyd edək ki, “Çe” kanalının aparıcısı bu yaxınlarda fırıldaqçılara qarşı mübarizədən ibarət yeni verilişə start verib.

FaktXəbər

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.