Çərşənbə axşamı Başqırdıstan Respublikasının İqlinsk rayonunda (Rusiya Federasiyası) mikroavtobusla furqonun toqquşması nəticəsində 9 nəfər həyatını itirib.

AvtoReyd.Az xəbər verir ki, bu barədə respublika üzrə Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişliyinin mətbuat xidmətinə istinadən “İnterfax” məlumat yayıb.

“9 nəfər ölənin olması barədə məlumat var”, – deyə mətbuat xidmətinin əməkdaşı qeyd edib.

Bildirilir ki, M5 federal avtomobil yolunda, Ulu-Telyaka yaşayış məntəqəsi yaxınlığında baş verən qəzada xəsarət alan daha 3 nəfər xəstəxanaya yerləşdirilib.

“Hamısı böyükdür, vəziyyətləri orta-ağırdır”, – deyə agentliyin həmsöhbəti əlavə edib.

/report

http://www.youtube.com/watch?v=kaSkcmXJgJA

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.