Lənkəran rayonunda baş verən avtomobil qəzasında iki nəfər xəsarət alıb.

AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, hadisə Ələt-Astara magistralının rayonun Şiləvar kəndindən keçən hissəsində baş verib.

Belə ki, “VAZ-2104” markalı 42-BK-296 dövlət qeydiyyat nişanlı avtomobil Ələt istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında dayanmış “Mercedes” markalı 99-XR-296 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Nəticədə “VAZ-2104” hərəkət istiqamətini dəyişərək yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində Lənkəran rayonu Xarxatan kənd sakinləri – “VAZ-2104″ün sürücüsü 1940-cı il təvəllüdlü Məmmədov Məhərrəm Ruzi oğlu və sərnişini 1968-ci ildə anadan olmuş Məmmədova Əntiqə Möhübbət qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.