Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda, Bakı-Şamaxı yolunda qeydə alınıb.

Belə ki, 114 saylı marşrut avtobusunun Aslan adlı sürücüsü yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən Baki şəhər sakini, 1958-ci il təvəllüdlü Kərimova Bibixanim Əlislam qızını vurub. Nəticədə o, ağır xəsarət alıb.

Yaralı qəzanı törədən sürücü tərəfindən avtobusla 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.