Hadisə

İki xarici ölkə vətəndaşı Göygöldə yol qəzasına düşərək ölüb

Bakı-Qazax yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, rayonun Hacıməlik kəndində Bolqarıstan dövlət qeydiyyat nişanlı avtomobil yolun dəmir maneəsinə çırpılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Nəticədə sürücü və sərnişin ağır xəsarət alaraq keçinib. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib.

İlkin ehtimala görə, hər iki şəxsin Bolqarıstan vətəndaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again