Hadisə

Güclü külək Mingəçevirdə fəsadlar törədib (Foto)

Güclü külək Mingəçevir şəhərinin təsərrüfatında problemlər yaradıb.

AvtoReyd.Az «Report»un Şirvan bürosuna istinadən xəbər verir ki, günorta saatlarında güclənən külək ayrı-ayrı küçələrdə iri və kiçik gövdəli ağacları aşırıb.

Ağacların bəziləri yollara aşaraq nəqliyyatın hərəkətinə problemlər yaradıb. Xüsusən Aydın Məmmədov küçəsində aşan iri gövdəli ağac yolu kəsib.

Külək bəzi yerlərdə hətta elektrik naqillərini də qoparaq sakinləri işıqsız qoyub.

Eyni vaxtda Mingəçevir Sənaye Parkının enerji təsərrüfatında da problemlər ortaya çıxıb. Müəssisə yarımstansiyasında yaranan qısaqapanma tüstülənməyə səbəb olub. Dərhal hadisə yerinə iki yanğınsöndürmə briqadası göndərilib.

Hazırda təbii hadisənin fəsadlarının aradan qaldırılması və elektrik enerjisiz qalmış yaşayış massivlərinin enerji ilə təminatının bərpa olunması üçün aidiyyatı qurumlar fəaliyyətini davam etdirir.

 

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again