Bakıda 27 yaşlı gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”a istinadə məlumat verir ki, hadisə Nizami rayonunda baş verib.

Babək prospektində piyadalar üçün müəyyən edilməmiş yoldan keçən 1991-ci il təvəllüdlü Məmmədzadə Xasay Ayaz oğlunu 90-LV-795 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil vurub. Sürücü yaralını xəstəxanaya yerləşdirib.

Faktla bağlı hadisəni törədən Yusubov Azad Tariyel oğlu inzibati məsuliyyətə cəlb edilib.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.