Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qızılhacılı kəndində baş verib.İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus və “VAZ 2107” markalı minik  avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Onlardan bir nəfərin vəziyyəti ağır qiymətləndirilir,vəziyyəti ağır olan 1994-cü il təvəllüdlü Qurbanzadə Toğrul Eynulla oğludur,  vəziyyətləri kafi olan – 1992-ci il təvəllüdlü Quliyev Fuad Faiq oğlu, 1994-cü il təvəllüdlü Şəkərli Aqil Novruz oğludur.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.