Minik avtomobilinin qoyun sürüsünə girməsi nəticəsində bir neçə xırdabuynuzlu heyvan tələf olub.

Xezerxeber.az-ın məlumatına görə, ağır qəza Şəkidə baş verib. Rayonun Orta Zəyzid kənd sakini, 43 yaşlı Elman İlyasov idarə etdiyi minik avtomobili ilə Şəki-Qaraməryəm-Bakı magistralında hərəkətdə olarkən yolu keçmək istəyən qoyun sürüsünü vurub.

Hadisə zamanı 4 xırdabuynuzlu heyvan tələf olub, bir neçəsi isə yaralanıb.

Avtomobilə də xeyli maddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.