Masallıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, rayon ərazisində baş verən hadisə zamanı 01-BC-270 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomobil ilə  10-XV-829 dövlət nömrə nişanlı, “Merсedes” markalı avtomobil toqquşub.

Nəticədə rayonun Hişkədərə kənd sakini, 1987-ci il təvəllüdlü Aqil Novruzəli oğlu Bədəlov və Şərəfə kənd sakini, 1999-cu il təvəllüdlü Orxan Ağa oğlu Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili yardım maşını ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.