Qazaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Ürkməzli kəndinə gedən yolda minik avtomobilinin qəzaya uğraması nəticəsində Qazax şəhər sakinləri, 1967-ci il təvəllüdlü Aləmzar Hüseynova, 1961-ci il təvəllüdlü Gülsabə İsmayılova və onun oğlu, 1997-ci il təvəllüdlü Asəf Əliyev bədən xəsarətləri alaraq, Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.