Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ağır xəsarət alıb.

Xəsarət alan sürücü, 1957-ci il təvəllüdlü Bəylər Xudaşov və daha bir nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.