Yevlaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, Oğuz rayonundan Bərdə istiqamətinə hərəkətdə olan “QAZel” markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü, Bərdə rayon sakini, 1950-ci il təvəllüdlü Nəcib Əmiraslanov müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.