Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

İyulun 9-da saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində qəsəbə sakini Sərdar Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Xuraman Hüseynovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Bundan başqa, 9 baş inəyi oğurlamaqda şübhəli bilinən Daşkəsən rayonunun Təzəkənd kənd sakini Şahzadə Şahbəndəyev saxlanılıb.

Daşkəsən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də Rafiq Bağırova məxsus 9 baş inəyi oğurlamaqda şübhəli bilinən Təzəkənd kənd sakini Şahzadə Şahbəndəyev yaxanı ələ verib.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.