Naftalan-Goranboy avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, qəza Goranboy rayonunun Qızılhacılı ərazisində qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü, Elxan Məmmədovun idarə etdiyi “Mazda” markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və daha iki nəfər – sürücünün qızı və nəvəsi müxtəlif bədən xəsarətləri alıb. Onlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.