Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

“Report”un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Sorsor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki,

“Mercedes” markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində İmişli rayon sakinləri – 1997-ci il təvəllüdlü

Abbasov Mirdamət Cami oğlu və 1935-ci il təvəllüdlü

Rəhimova Naibə Kərim qızı hadisə yerində ölüb.

Bundan başqa, İmişli rayon sakinləri – 1965-ci il təvəllüdlü Abbasov Cami Cavad oğlu, 1971-ci il təvəllüdlü Abbasova Ülkər Akif qızı və 1976-cı il təvəllüdlü Abbasova Ləman Şamil qızı yaralanıblar. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Yaralılardan birinin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.