Bakıda 57 nömrəli sərnişin avtobusunda insident baş verib.
Hadisə şahidlərinin AzVision.az-a verdiyi məlumata görə, sərnişinlərdən biri avtobusu dayanacaqdan kənarda saxlatdırmaq istəyib. Lakin sürücü bunun qanunsuz olduğunu bildirib. Bundan əsəbləşən kişi sərnişin sürücünün yaxasından yapışaraq ona ağır zərbələr endirib.

Bəzi sərnişinlərin narazlığından sonra nəqliyyat vasitəsindən düşüb və avtobusun pəncərəsini sındıraraq hadisə yerindən uzaqlaşıb.

© Məlumatdan istifadə edərkən AvtoReyd.Az-a istinad olunmalıdır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.